Divanlar və Divan Modelləri

Otağınızın ölçüsünə görə divan hazırlayırıq. Parçanı, rəngi və dizaynı siz seçirsiniz, istehsaldan sonra ünvana çatdırıb yığırıq. Qiymətlər 690 manatdan başlayır.

  • Ölçüyə uyğun istehsal
  • Geniş parça və rəng seçimi
  • Pulsuz çatdırılma və zəmanət
12+ il təcrübə
500+ hazırlanmış divan
390 ₼ başlanğıc qiymət

İstədiyiniz divanı biz hazırlayaq

Hazır mağaza modelləri çox vaxt otağa tam oturmur. Kiminə divan bir neçə santimetr uzun gəlir, kiminə parça rəngi qalan mebellə uyuşmur. Biz işə ölçü götürməklə başlayırıq və hər detalı sizinlə birlikdə seçirik.

  • Ölçünü siz seçirsiniz
  • Rəngi və parçanı siz seçirsiniz
  • Dizaynı birlikdə dəqiqləşdiririk
  • Açılan mexanizm əlavə edilə bilər

Qiymət ölçüyə, parça növünə və mexanizmə görə hesablanır. Razılaşdırılan məbləğ sonradan dəyişmir.

Modellərə bax
Ölçüyə uyğun hazırlanmış divan

Seçilmiş divan modelləri

Hər model istədiyiniz ölçü, parça və rəngdə hazırlanır. Qiymətlər aşağıdakı cədvəldədir.

Künc divan

Künc divan

Geniş oturma sahəsi olan künc divan, sağ və sol quruluşda hazırlanır

Künc divan

Künc divan

Yumşaq bel yastıqları ilə rahat künc divan modeli

Künc divan

Künc divan

Uzun oturacaq hissəsi olan geniş künc divan

Künc divan

Künc divan

Saxlama bölməsi olan praktik künc divan

Künc divan

Künc divan

Dar otaqlar üçün yığcam ölçülü künc divan

Künc divan

Künc divan

Geniş yatak səthi ilə açılan künc divan

Otağınıza uyğun gələn növlər

Künc, açılan, müasir və klassik quruluşlar. Hər biri istənilən ölçüdə hazırlanır.

Niyə bizi seçməlisiniz?

Karkasdan üzləməyə qədər bütün mərhələləri öz sexində aparırıq.

Ölçüyə uyğun istehsal

Hazır ölçülərlə məhdudlaşmırıq, məhsul sizin otağın real ölçüsünə görə hazırlanır.

Geniş parça seçimi

Nubuk, jakkard, məxmər və toxumalı parçalardan yüzlərlə rəng variantı təqdim olunur.

Müasir dizaynlar

Model kataloqumuz mütəmadi yenilənir, bəyəndiyiniz şəkli də əsas götürə bilərik.

Keyfiyyətli material

Qurudulmuş taxta karkas, elastik yaylı blok və formasını itirməyən sıx dolğu.

Pulsuz çatdırılma

Bakı daxilində çatdırılma bizim üzərimizdədir, yığımı da ustalarımız edir.

Zəmanət

Karkas və mexanizmə zəmanət verilir, sonrakı tənzimləmə dəstəyi davam edir.

12+ il təcrübə

Uzun illərdir eyni komanda ilə işləyirik, hər model əl işi kimi yığılır.

Şəffaf qiymət

Məbləğ ölçü və materiala görə əvvəlcədən hesablanır, gizli xərc çıxmır.

Sifarişdən təhvilə qədər dörd addım

Prosesin hər mərhələsində sizinlə əlaqə saxlayırıq.

1

Müraciət və məsləhət

Zəng və ya WhatsApp ilə yazırsınız, otağın ölçüsünü və istəyinizi dəqiqləşdiririk.

2

Model və parça seçimi

Kataloqdan model seçirsiniz, parça nümunələrini yerində göstəririk.

3

İstehsal

Karkas yığılır, dolğu və üzləmə vurulur, keyfiyyət mərhələ-mərhələ yoxlanılır.

4

Çatdırılma və yığım

Hazır məhsul ünvana çatdırılır, yığılır və istifadəyə hazır təhvil verilir.

Tez-tez verilən suallar

Sifarişdən əvvəl ən çox soruşulan məsələlər.

Standart modellər adətən 10 ilə 18 iş günü arasında hazırlanır. Müddət ölçüyə, seçilmiş parçanın anbarda olub olmamasına və mexanizm növünə görə dəyişir. Dəqiq tarixi sifariş təsdiqlənəndə bildiririk.

Hesablama uzunluğa, quruluşa, seçilən parçanın növünə və açılan mexanizmin olub olmamasına görə aparılır. Saytdakı məbləğlər standart ölçü üçündür. Ölçü böyüdükdə və ya premium parça seçildikdə rəqəm dəyişir, razılaşdırıldıqdan sonra isə sabit qalır.

Bəli. Ustamız parça kataloqu ilə ünvana gəlir, nümunələri öz işığınızda və mövcud mebelin yanında görürsünüz. Rəngin ekranda və otaqda fərqli görünməsinin qarşısını almağın ən sadə yolu budur.

Bəli, bunun üçün gündəlik istifadəyə uyğun mexanizm və sıxlığı yüksək dolğu seçmək lazımdır. Belə hallarda evroknijka və ya akkordeon variantını tövsiyə edirik, çünki açıldıqda səth düz və hamar olur.

Əksər hallarda bəli. Şəkli WhatsApp ilə göndərin, quruluşu texniki cəhətdən yoxlayaq. Ölçüləri və detalları uyğunlaşdırdıqdan sonra qiymət təklifini bildiririk.

Bəli, bölgələrə də göndəririk. Bakı daxilində çatdırılma pulsuzdur, bölgələr üçün isə şərtləri məsafəyə görə əvvəlcədən razılaşdırırıq.

Divan qiymətləri cədvəli

Standart ölçü üçün cari qiymətlər. Ölçü və parça seçimi dəyişdikcə məbləğ yenidən hesablanır.

Qiymətlərə Bakı daxilində çatdırılma və yığım daxildir. Dəqiq hesablama üçün otağın ölçüsünü bildirin.

Divanınızı birlikdə seçək

Ölçünü bildirin, uyğun model və qiymət variantlarını elə bu gün göndərək.